Avropaya səyahət edən azərbaycanlıların nəzərinə - Qaydalar sərtləşdirildi

Şengen zonasına vizasız daxil olma hüququ olan ölkələrin vətəndaşları sərhədi keçməzdən əvvəl bu sistem vasitəsilə onlayn qeydiyyatı tamamlamalı olacaqlar. Avtosfer.az "Resorting"ə istinadən xəbər verir ki, qeydiyyat prosesi zamanı səyahətçilər rəsmi internet portalı və ya mobil tətbiq vasitəsilə daxil olaraq şəxsi məlumatlarını və təhlükəsizliklə bağlı verilən sualları cavablandıracaqlar. Müraciət rüsumu 2025-ci ildə qəbul edilmiş son qərara əsasən, 20 avro təşkil edəcək. 18 yaşdan kiçik və 70 yaşdan yuxarı şəxslər isə rüsumdan azad olacaq. Alınan icazə 3 il və ya pasportun müddəti bitənə qədər qüvvədə qalacaq.
Qeyd edək ki, ETIAS yalnız Şengen zonasına viza almadan gedə bilən ölkələrin vətəndaşları üçündür. Azərbaycan vətəndaşları üçün Şengen zonasına giriş üçün viza tələb edilir. Bu səbəbdən də yenilik Azərbaycan vətəndaşlarına şamil edilməyəcək. Azərbaycan vətəndaşları üçün digər bir sistem — EES (Giriş/Çıxış Sistemi) artıq aktivdir. Belə ki, 2025-ci ilin oktyabrından tətbiqinə başlanılan bu sistem pasportlara möhür vurulmasını ləğv edir və bunun əvəzinə sərhəddə barmaq izi və üz tanıma kimi biometrik məlumatları qeydə alır. Aİ rəsmilərinin son açıqlamasına görə, EES sisteminin tam tətbiqi 2026-cı ilin aprel ayında başa çatacaq. Bundan bir neçə ay sonra, yəni 2026-cı ilin son rübündə (oktyabr-noyabr) ETIAS rəsmən məcburi olacaq. İlk 6 ay ərzində səyahətçilərə sistemə alışmaq üçün "keçid dövrü" veriləcək.
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI












