Avtoşun qohumları DYP-dən narazıdır

Xəbər verdiyimiz kimi, Bakıda gəlin kortejini müşayiət edərkən avtoxuliqanlıq edən «VAZ-2107» markalı 90 XF 766 nömrəli avtomobilin sürücüsü həbs olunub. Bu barədə Avtosfer.az saytına hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, həmin sürücü Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydiyyatda olan, Nərimanov rayonu ərazisində yaşayan Fuad Rəsulovdur. Dünən polisin keçirdiyi tədbirlər nəticəsində sürücünün şəxsiyyəti müəyyən olunub və o, saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin «avtoxuliqanlıq» maddəsi ilə inzibati protokol tərtib olunan Fuad Rəsulovla bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə avtoş sürücü 30 sutkalıq inzibati həbs cəzası ilə cəzalandırılıb.
Əldə etdiyimiz başqa bir məlumata görə, 90 XF 766 nömrəsi artıq mövcud deyil. Həmin nömrə yol polisinə təhvil verilib. Ehtimal olunur ki, avtoşluq edən avtomobilin sürücüsü saxta nömrədən istifadə edib. Hadisə isə Mərdəkan qəsəbəsində qeydə alınıb.
Bu gün Fuad Rəsulovun yaxınları Avtosfer.az saytına müraciət edərək maraqlı məlumatlar veriblər. Özünü Fuadın yaxın qohumu kimi təqdim edən Pərviz Babayev bildirib ki, bu hadisə 2012-ci ildə baş verib: «Saytınızda yazdğınız avtoxuliqanlıq faktı ilə əlaqədar Fuad Rəsulovun qohumları adından sizə məlum olmıyan bir neçə faktı çatdırmaq istəyirik. Bu hadisə 2012-ci ildə baş verib. Elə həmin ildə də maşin satılıb. Dövlət nömrə nişanı da o maşına məxsusdur. Xahiş edirik, sizə çatdırdığımız məlumatları saytınızda yerləşdirəsiniz».
Pərviz Babayev daha sonra bildirib ki, avtoxuliqan kimi saxlanılan Fuad Rəsulov 3 uşaq atısıdır: «Dünən gəlib apardılar ki, avtoxuliqanlıq etmisən. Sonra məlum oldu ki, bu videonu yaxın qohumlarımızdan biri pis niyyəti olmadan internetdə yerləşdirib. Heç Fuadın bundan xəbəri də olmayıb. Apardılar Xəzər rayon Məhkəməsinə, orada da 30 sutka həbs verdilər. Biz başa düşə bilmirik ki, 2 il bundan əvvəl baş vermiş hadisəyə görə 3 uşaq atası niyə 30 sutka həbsdə olmalıdır? O toyda heç bir hadisə olmayıb, əmim oğlunun toyu idi. Sadəcə, Fuad maşını o cür sürüb. Başqa bir hadisə olmayıb. Bizə maraqlıdır ki, bunlar 2 ildən sonra niyə işin üstünə düşüblər? Axı qanun buna imkan vermir».
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bildirdi ki, həqiqətən inzibati xətanın törədilməsindən 2 ay müddət keçirsə və o müddət ərzində heç bir tədbir görülməzsə, artıq o işə görə məsuliyyət nəzərdə tutula bilməz.
Qeyd; Az sonra hüquqşünas Ərşad Hüseynovun bu məsələ ilə bağlı geniş şərhini təqdim edəcəyik.
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO












