AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması büdcə yükünü azaldacaq

“"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlaması, növbəti mərhələdə Zəngəzur dəhlizindən digər nəqliyyat vasitələrinin istifadəsi imkanlarını artıracaq”.
Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib:
“Bu gün iki ölkə arasında müxtəlif platformalarda müzakirələr aparılır. Ermənistanda seçkilər başa çatıb. Eyforiya və populizm arxa plana keçib. Ermənistan hökümətinin çıxışlarında müyyən qədər konstruktivizm sezilir. Digər tərəfədən bir müdət öncə Türkiyə Ermənistana öz hava məkanından istifadə ilə bağlı imkan yaratdı. Bütün bu faktorlar müsbətə doğru bir dinamikanın yarandığını göstərir. Bu proses getdikcə daha da dərinləşəcək. Növbəti dövrlərdə regional kommunikasiya imkanlarının şaxələndiriməsi, xüsusilə Zəngəzur dəhlizindən digər nəqliyyat vasitələrinin istifadəsi imkanlarının artması gözlənilir”.
Onun fikrincə, Naxçıvan istiqamətində açılan yeni marşrut büdcə vəsaitlərinin qənaət etməyə imkan verəcək: “Əsas iqitsadiyyatla əlaqələrdə alternativ nəqliyyat vasitlərinin az olmasından dolayı Naxçıvan istiqamətində uçuşlara kifayət qədər tələb var. Bəzi hallarda intensivlik o həddə çatır ki, gün ərzində 8 reys belə həyata keçirilə bilir. Lakin ən azından AZAL-ın hesabatları onu deməyə əsas verir ki, Muxtar Respublikaya uçuşlar zərərlidir. Buna görə də hər il dövlət büdcəsindən Naxçıvana daxili uçuşların maliyyələşdirilməsinə 10 milyon manat subsidiya ayrılır. İndiki şərtlər daxilində isə Ermənistan üzərindən uçuşlar vaxta və yanacağa qənaət etməyə imkan verəcək. Bu məqam və AZAL-ın Azərbaycan İnvestiya Holdinqinin idarəetməsinə verilməsi faktı Naxçıvan istiqamətində uçuşların təşkilindən yaranmış büdcə yükünün ləğv ediləcəyini və ya ən azından azalacağını deməyə imkan verir”.
R.Həsənov hesab edir ki, Naxçıvana uçuşlar zamanı əsasən Ermənistan üzərindən keçən marşrutdan istifadə olunacaq. “Sırf alternat yol kimi İran üzərindən keçən marşrut aktiv olaraq saxlanıla bilər. Ancaq əsasən yeni marşruta üstünlük veriləcək. Ermənistanla sosial-iqtisadi kommunikasiyaların bərpası prosesi dərinləşdikcə Naxçıvana hava nəqliyyatı ilə mülki yüklərin və sərnişinlərin daşımasının 90 %-nin məhz Ermənistan üzərindən həyata keçiriləcəyi gözlənilir".
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










