Azay Quliyev bir qrup qazi ilə görüş keçirib - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev Vətən Müharibəsində göstərdikləri qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən orden və medallarla təltif olunmuş bir qrup qazi ilə görüş keçirib və onlara hədiyyələr təqdim edib.
Agentlikdən bildirilib ki, Azay Quliyev qaziləri salamlayaraq 44 günlük Vətən müharibəsi zamanı zəfərə gedən yolda göstərdikləri şücaətlərə görə onlara minnətdarlığını bildirib.
Sonra Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, rayon və şəhərlərimizin azad olunmasında xüsusi igidlik və mərdlik nümayiş etdirdiklərinə görə müxtəlif medallarla təltif edilmiş Cavid Həsənov, Rəcəb Novruzov, Xankişi Yusifov və Çingiz Qədimov onlara göstərilən diqqətə görə Agentliyin rəhbərliyinə təşəkkür ediblər.
Görüşdə Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktorunun vəzifələrini müvəqqəti icra edən Emil Çaparlı da iştirak edib.
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA












