Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun adından güya Azərbaycanın Rusiyaya qarşı aqressiv siyasət yürütdüyünə dair “deep fake” texnologiyası ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb. Avtosfer.az-ın məlumatına görə, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, bəlli dairələr tərəfindən süni intellektin köməyi ilə yaradılaraq informasiya mühitini çirkləndirməyə yönəlmiş bu saxta video-görüntülər ictimai rəyi çaşdırmağa xidmət edən kobud manipulyasiya nümunəsidir:
"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də, ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz".
Vurğulanıb ki, Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi












