Azərbaycan beynəlxalq nəqliyyat marşrutlarının inkişafında fəal iştirak edir

Türkmənistan qardaş Azərbaycan kimi regionda beynəlxalq nəqliyyat marşrutlarının inkişafında fəal iştirak edir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Türkmənistan Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev Bakıda “Azərbaycan ilə Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirin açılışında deyib. Onun sözlərinə görə, Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, həmçinin "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin inkişafına mühüm töhfə verir. "Türkmənistan Avropanı və Asiyanı birləşdirən logistika mərkəzinə çevrilməyə çalışır, bununla da iqtisadi və siyasi əlaqələri genişləndirir", - Ş.Şiriyev bildirib. O vurğulayıb ki, Türkmənistan bitərəfliyin regional layihələrin inkişafı üçün əsas olduğu strateji yanaşmaya sadiqdir: "Aşqabad qlobal dəyişikliklər şəraitində siyasi bitərəfliyə sadiq qalır. Bitərəf dövlətlər qlobal parçalanmanın nəticələrinin aradan qaldırılmasında mühüm rol oynaya bilərlər. Onlar birbaşa əməkdaşlığın çətin olduğu yerlərdə dialoq qura bilirlər. Bu mənada bitərəflik təkcə siyasi anlayış deyil, həm də iqtisadi sabitlik amilidir".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











