Azərbaycan kibertəhlükəsizliyə dair beynəlxalq tədbirdə təmsil olunub - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun əməkdaşı Bayram Şirinov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Cybertech Global 2026” beynəlxalq konfransında iştirak edib.
ETX-dən Avtosfer.az-a bildirilib ki, konfransda qlobal kibertəhlükəsizlik landşaftının transformasiyası və yeni nəsil müdafiə texnologiyaları müzakirə edilib. Həmçinin süni intellekt əsaslı kibermüdafiə sistemləri və orkestrasiya platformaları, agent əsaslı təhlükəsizlik arxitekturası kimi innovativ yanaşmalar təqdim edilib. Kvant hesablamaların kibertəhlükəsizliyə gətirəcəyi imkanlar və təhdidlər də nəzərdən keçirilib.
İki gün davam edən tədbirdə süni intellekt əsaslı avtomatlaşdırılmış qərarqəbuletmə mexanizmlərinin effektivliyi, kritik infrastruktur obyektlərinin qorunması strategiyaları, məlumat təhlükəsizliyində yeni standartlar və proaktiv müdafiə konsepsiyaları üzrə təcrübə mübadiləsi aparılıb.
“Cybertech Global 2026” kibertəhlükəsizlik sahəsinin aparıcı nümayəndələrini, hökumət strukturlarının ekspertlərini və texnoloji şirkətlərin təmsilçilərini bir araya gətirib. Konfrans kibertəhdidlərə qarşı beynəlxalq əməkdaşlığın genişləndirilməsi, texnoloji yeniliklərin kibertəhlükəsizlik sahəsinə inteqrasiyası, həmçinin gələcək trend və risklərin qiymətləndirilməsi baxımından mühüm platforma olub.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!















