Azərbaycan Laçın koridoruna gömrük nəzarəti qoyub viza rejimi tətbiq edə bilər - AÇIQLAMA
Gündəm
16 Oktyabr 2021 13:48

"Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran agentliklərindən birinə müsahibə verərkən deyib ki, biz koridor yox, ancaq yol verə bilərik və bu yol Ermənistanın suveren nəzarəti altında olacaq. Üçtərəfli razılaşmada isə, söhbət koridordan (dəhlizdən) gedir”. Avtosfer.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Sahib Məmmədov deyib. Onun sözlərinə görə, koridor o deməkdir ki, ərazi Ermənistanın yurisdiksiyasında qalsa da, ordan keçən nəqliyyat vasitələrini saxlamaq, yoxlamaq, gömrük və sərhəd nəzarəti qoymaq səlahiyyəti olmayacaq: "Bizim Laçın rayonunda verdiyimiz koridor Azərbaycan əraziləridir, amma ordan rus silahlılarının əhatəsində olan ərazilərimizə Ermənistana məxsus nəqliyyat və Ermənistan vətəndaşları, eləcə də Qarabağda yaşayan etnik ermənilər Azərbaycan tərəfindən yoxlanılmadan, sərhəd və gömrük nəzarəti olmadan keçir. Əlbəttə, bu koridorların bir fərqi də var.
Zəngəzur koridorundan istifadə edən Azərbaycan Ermənistan ərazisindən keçməklə, digər öz ərazisinə daxil olur, amma Laçın koridorunda başqa bir dövlət (Ermənistan) suveren Azərbaycan ərazilərinə daxil olur. Bu halda, bizim etdiyimiz güzəşt daha çoxdur, nəinki, Ermənistandan istədiyimiz”.
Hüquqşünas qeyd edib ki, əgər ermənilər sözügedən koridoru verməyib sadəcə yol versə, o zaman biz də Laçın koridoru üzərində de-fakto yuridiksiyamızı təmin etməliyik:
"Yəni sərhəd və gömrük nəzarəti qoymalıyıq, üstəgəl hələ viza rejimi də”.
Oxunub : 2484
DİGƏR XƏBƏRLƏR
8 Oktyabr 2026 21:23
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
8 Oktyabr 2026 20:03
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
8 Oktyabr 2026 19:36
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
8 Oktyabr 2026 18:04
Bu yollarda tıxac var - SİYAHI
8 Oktyabr 2026 18:00
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
8 Oktyabr 2026 17:46
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
8 Oktyabr 2026 12:00
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
8 Oktyabr 2026 11:30
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
8 Oktyabr 2026 11:00
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
7 Oktyabr 2026 20:50
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
7 Oktyabr 2026 20:00
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
7 Oktyabr 2026 18:23
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
ŞƏRH YAZ












