Azərbaycan Prezidentinin köməkçisinin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan saxta açıqlama yayılıb.
Avtosfer.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda Azərbaycan Prezidentinin rəsmi saytının görüntüsünü imitasiya edərək hazırlanan və uydurma iddiaların yer aldığı bu açıqlamanın ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsi olduğu qeyd olunub.
"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də, ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - MEDİA-nın yaydığı açıqlamada vurğulanıb.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












