Azərbaycan və Türkiyəyə aparan dəmir yolu: İrəvan Moskvaya müraciət edib

Ermənistan Azərbaycan və Türkiyəyə aparan dəmir yolu hissələrində bərpa işlərinin Rusiya tərəfi ilə birgə aparılacağını anlayır.
Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Cənubi Qafqaz Dəmir Yollarına Türkiyə və Azərbaycana aparan sərhəd dəmir yolu hissələrini təcili olaraq bərpa etməyi tapşırmışdı. Hökumət başçısının sözlərinə görə, bu göstəriş Yerasxdan Azərbaycanla sərhədə (Naxçıvan) qədər olan hissəyə, eləcə də Axurikdən Türkiyə ilə sərhədə qədər olan hissəyə aiddir.
“Ermənistan İcevan və Axurikdəki dəmir yolu hissələrinin bərpası ilə bağlı Rusiya ilə danışıqları davam etdirir. Biz başa düşürük ki, bu hissələrdə bərpa işləri Rusiya tərəfi ilə birgə, yəni onun birbaşa iştirakı ilə aparılacaq”, - Xudatyan bildirib.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












