Azərbaycana görə “Bayraktar” TB2 -yə embarqo qoyan şirkət iflasa uğradı

Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar” TB2 pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi ilə əlaqədar Türkiyəyə embarqo tətbiq edən Kanadanın “Telemus Sistemleri Inc.” şirkəti iflasa uğrayıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu, yoxlama, vergi və tərcüməçi xidmətləri yerinə yetirən KPMG-nin hesabatında əksini tapıb.
Qeyd edk ki, “Telemus Sistemleri Inc.” şirkəti Türkiyə istehsalı olan PUA-ları müşahidə kameraları və digər elektron avadanlıqlarla təchiz edib, əsas müştəriləri isə Türk Havaçılıq və Kosmik Sənaye AŞ (TUŞAŞ) olub. Kanada hökuməti 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanı dəstəklədiyinə görə həmin ilin oktyabr ayında Türkiyəyə silah embarqosu tətbiq edib və bundan sonra “Telemus Sistemleri Inc.” Şirkəti mallarının satışında problemlərlə üzləşməyə başlayıb. Kanada hökuməti tərəfindən “Telemus Sistemleri Inc.” şirkətinin ixracat icazələri isə 2021-ci ilin aprelində ləğv edib.
2020-ci ildə “Telemus Sistemleri Inc.” şirkəti 360 min dollar, bu il iyulun 31-də istehsalı dayandırmazdan əvvəl isə 2021-ci ildə 1,1 milyon dollar zərərə uğradığını açıqlayıb. Şirkət bu ilin avqustunda istehsalı dayandırıb.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












