Azərbaycanda 100-dən çox məktəb bağlanacaq, şagirdlər distant təhsilə keçəcək

Azərbaycanda 2026–2027-ci tədris ilindən etibarən ümumtəhsil sahəsində yeni model tətbiq olunacaq. Avtosfer.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu çərçivədə ölkənin bir sıra məktəblərində distant tədris elementlərindən istifadə ediləcək.
Geyim və avtomobil alıcıları üçün vacib məqamlar - İkinci əl bazarında risklər var
Qeyd olunur ki, bu qərar həmin təhsil müəssisələrinin bağlanması anlamına gəlmir. Yeni mexanizmə əsasən, məktəblərdə müəllim çatışmazlığı olan fənlər distant formatda tədris ediləcək. Məsələn, əgər məktəbdə riyaziyyat müəllimi fəaliyyət göstərirsə, bu fənn ənənəvi qaydada sinif otağında keçiriləcək. Lakin biologiya, fizika, kimya və ya digər fənlər üzrə müəllim olmadıqda, dərslər mərkəzləşdirilmiş məktəblər üzərindən onlayn formatda təşkil olunacaq. Bu məqsədlə müəyyən təhsil müəssisələri "mərkəz məktəb" statusu alacaq. Həmin məktəblərdə distant dərslərin keyfiyyətli təşkili üçün xüsusi texniki infrastruktur yaradılacaq, müasir avadanlıqla təchiz edilmiş otaqlar ayrılacaq və müəllimlər üçün ayrıca otaqlar fəaliyyət göstərəcək. Şagirdlər isə kompüter və digər zəruri texniki vasitələrlə təmin ediləcək. Şagirdlər öz məktəblərini tərk etmədən, mərkəz məktəbdə keçirilən dərslərə distant şəkildə qoşularaq tədris prosesində iştirak edəcəklər. Bu modelin tətbiqi regionlarda müəllim çatışmazlığının aradan qaldırılması və təhsilin keyfiyyətinin bərabərləşdirilməsi məqsədi daşıyır.
Keçiddə 84 yaşlı kişini vurub öldürən sürücü həbs edildi - ANBAAN VİDEO
Eyni zamanda, şagird sayı çox az olan və fəaliyyətini səmərəli şəkildə davam etdirməsi mümkün olmayan bəzi məktəblərin isə tamamilə fəaliyyətini dayandıracağı bildirilir. Həmin təhsil müəssisələrinin şagirdləri distant təhsil formatına keçiriləcək.
Məlumata görə, bu kateqoriyaya daxil olan məktəblərin sayı 100-dən artıqdır və proses birdəfəyə deyil, mərhələli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, bu yanaşma düzgün icra olunacağı təqdirdə həm müəllim resurslarından daha effektiv istifadə olunmasına, həm də ucqar ərazilərdə təhsilin əlçatanlığının qorunmasına imkan verəcək.
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












