Azərbaycanda avtomobil sığortasında – DAHA BİR YENİLİK

Azərbaycanda avtomobillərin icbari sığorta müddətinin başa çatması ilə bağlı avtomobil sahiblərinə göndərilən SMS bildirişlərin sayı azalacaq, onları yeni üsullar əvəz edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə FED.az-a müsahibəsində İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev bildirib. Qeyd edək ki, hazırda Azərbaycanda qeydiyyatda 1,6 milyondan çox avtomobil var. Avtomobillərin icbari sığortasının yenilənməsi ilə bağlı 1 ay müddət qalmış avtomobil sahiblərinə 9707 qısa mesaj xidmətindən SMS-lər göndərilir. Bu isə öz növbəsində il ərzində təxminən 150-200 min manat civarında xərc deməkdir. İSB rəhbəri xatırladıb ki, hazırda avtomobillərin icbari sığorta müddətinin başa çatması ilə bağlı SMS bildirişlərin göndərilməsi müəyyən maliyyə vəsaiti tələb edir. Ölkədə avtomobillərin sayının artması nəticəsində bu xidmətə ayrılan vəsait də dinamik olaraq artır. Bu da İcbari Sığorta Bürosunun büdcəsində nəzərə alınır. İSB rəhbəri bildirib ki, məhz bu səbəbdən 2025-ci il üzrə SMS xidmətlərinin avtomatlaşdırılması və daha rəqəmsal formatlara keçid istiqamətində tədbirlər nəzərdən keçirilir: «Bu məqsədlə myGov və e-sosial mobil tətbiqləri üzərindən bildirişlərin çatdırılmasını təmin etməklə SMS sayını azaltmaq niyyətindəyik. Məqsəd həm maliyyə resurslarına qənaət etmək, həm də xidmətin daha effektiv və müasir üsullarla vətəndaşlara təqdim olunmasını təmin etməkdir".
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












