Azərbaycanda bu xidmət bahalaşdı – YENİ QİYMƏT

Bakıda, xüsusilə iri ticarət mərkəzlərində parklanma xidmətlərinin qiymətinin artırılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vətəndaşların sözlərinə görə, əvvəllər bir saatlıq parkinq üçün 3 manat ödənildiyi bəzi məntəqələrdə indi bu məbləğ 4 manata yüksəlib.
Qiymət artımının səbəbi nədir?
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Globalinfo"ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, “AzParkinq”in idarə etdiyi parklanma zonalarında qiymətlərdə hər hansı dəyişiklik yoxdur:
“Bu qiymətləri dövlət tənzimləyir. Lakin son zamanlar özəl ticarət mərkəzlərinin parkinq qiymətlərində artım müşahidə olunur. Həmin müəssisələr özəl statusa malik olduqları üçün qiymət siyasətini özləri müəyyənləşdirirlər. Lakin bu yanaşma doğru deyil. Parklanma dövlətin nəqliyyat siyasətinin bir hissəsidir və burada vahid yanaşma, tənzimləmə olmalıdır. Qiymətlər insanların maddi imkanlarına uyğun müəyyənləşdirilməlidir”.

Elməddin Muradlı
Ekspert bildirib ki, hazırda ictimai nəqliyyatdan istifadə qənaətbəxş səviyyədə olmadığına görə şəxsi avtomobil idarə edənlərin sayı kifayət qədərdir:
“İnsanlar alış-veriş və ya istirahət məqsədilə ticarət mərkəzlərinə gedirlər və bu zaman şəxsi avtomobildən istifadə etməlidirlər. Bu baxımdan vətəndaşlardan yüksək məbləğdə parkinq haqqı tələb edilməsi doğru deyil. Dövlət qurumları buna ciddi müdaxilə etməlidir. Problem qanunvericilik səviyyəsində öz həllini tapmalıdır”.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












