Azərbaycanda hərbi toplanış buna görədir

Martın əvvəlindən etibarən Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi qulluqçuların toplanışı həyata keçirilir. Hazırda proses davam edir. Bəziləri hesab edir ki, hərbi toplanışın ABŞ, İsrail-İran müharibəsi ilə əlaqəsi var.
Avtosfer.az Metbuat.az-a istinadən xəbər verir ki, Azərbaycan Hərbi Polisinin sabiq rəisi Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, ehtiyatda olan hərbi qulluqçuların təlim toplanışlarının keçirilməsinin regional gərginliklərlə əlaqələndirilməsi yanlışdır:
“Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatlarda da vurğulanıb ki, təlimlər illik hazırlıq planına uyğun təşkil olunub. Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olanların vaxtaşırı toplanışa çağırılması qanunvericiliklə nəzərdə tutulmuş praktikadır. İran müharibəsi olmasaydı da bu hərbi toplanışlar əvvəldən tərtib edilən plana uyğun olaraq keçiriləcəkdi. Bu təlimlər döyüş hazırlığının yenilənməsi, ehtiyat qüvvələrin koordinasiyası, yeni taktika və texnologiyalarla tanışlıq məqsədi daşıyır. Bu cür toplanışlar əvvəlcədən planlaşdırılır və adətən illik hazırlıq planına daxil olur. Yəni qəfil qərar deyil”.

Ekspert onu da deyib ki, regionda gərginliyin artması dövlətlərin ümumi hazırlıq səviyyəsini yüksəltməsinə təsir edə bilər və bu, təbiidir. Bu baxımdan təlimlərin intensivliyi arta, daha çox ehtiyat qüvvə cəlb oluna bilər:
“Qanunvericilik buna imkan verir. Bu isə “müharibəyə hazırlaşma” yox, risklərin idarə olunması kimi qiymətləndirilməlidir. Azərbaycan yerləşdiyi regiona görə hər zaman potensial riskləri nəzərə almalı, operativ hazırlığını yüksək saxlamalıdır. Ordunun ehtiyat qüvvələri daim hazır vəziyyətdə olmalıdır”.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












