Azərbaycanda istirahət “cib yandıran” BAHALIQDA – Qiymətlər niyə QALXIB? 

Gündəm 4 Avqust 2021 20:14 Oxunub 868
Azərbaycanda istirahət “cib yandıran” BAHALIQDA – Qiymətlər niyə QALXIB? 
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hazırda oxunan: Azərbaycanda istirahət “cib yandıran” BAHALIQDA – Qiymətlər niyə QALXIB? 

Azərbaycan istirahət üçün bahalı məkana çevrilib. Pandemiya səbəbindən xaricə istirahətə gedə bilməyən Azərbaycan vətəndaşları bölgələrimizə üz tutmağa başlayıb və onların sayında xeyli artım var. 2019-cu ildə Azərbaycan əhalisinin yarıdan çoxu, yəni təqribən 5 milyon nəfərdən çoxu xaricə səfər etmişdisə, ondan sonrakə dövrdə bu qərəm 2 dəfə azalıb. Əlbəttə ki, buna pandemiya ilə əlaqədar olaraq bəzi ölkələrin giriş-çıxışına qoyulan məhdudiyyətlər səbədir. Bu baxımdan insanlar istirahət üçün regionlara və yerli turizm məkanlarına üz tutur.

Amma yollandıqları  istirahət mərkəzlərində “cib yandıran” qiymətlərlə rastlaşırlar. Son vaxtlar ictimaiyyətdə də bununla bağlı narazılıqlar baş qaldırıb.

İstirahətə gedən  vətəndaşlar qiymətlərin baha, xidmətin isə keyfiyyətsiz olduğundan gileylənirlər. Hansı ki, rayonlardan birində 3 günlük istirahətlərinə xərclədikləri pulla qonşu ölkələrdən birində rahat bir həftə dincəlmək mümkündür. Bölgələrə səfər edənlərin, dincəlmək üçün daxili turlarımıza üz tutanların çox olduğu bir vaxtda qiymətlərin “ceyran belində” olması hər kəsi düşündürür.

Rəqabət mühiti formalaşmalıdır

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov Bizim.Media-ya açıqlamasında istirahət üçün regionlara üz tutanların sayında artımın səbəbini tələbatın çoxluğu ilə əlaqələndirib:

“Buna həm də bu il pandemiya ilə bağlı qadağaların azlığı rəvac verib. Ölkədə istirahət zonaları daha doluluqla çalışır. Xüsusən həftə sonları yerli turizm məkanlarında sıxlıq müşahidə olunur. Bu da bəzi vətəndaşlarımızın haqlı narazılıqlarına səbəb olur ki, çox sıxlıqdır və qiymətlər də bahadır. Kommersiya müəssiələri isə bu sıxlığı nəzərə alaraq, qiymətləri qaldırırlar. Bir oteldə yerləşmək üçün daha çox insan müraciət edirsə, otel də o seçimə nəzərən qiymətləri yüksəldir. Çünki onun üçün mövsümdür, xüsusilə həftə sonları və qeyri-iş günlərində qiymətlər daha yüksək olur. Bu isə böyük otel və ya restoranlara üz tutan bir ailə büdcəsi üçün nisbətən baha başa gəlir. Təbii ki, bu da bir qism insanlarımız üçün əlverişli deyil”.

Xidmətlərdə axsama var

Ekspert hesab edir ki, qiyməti və xidməti tənzimləmək üçün rəqabət mühiti formalaşmalıdır: 


“Etiraf etmək lazımdır ki, xidmətlərdə axsama var. Xüsusilə regionlarımızda olan turistik məkanlar mövsümi xarakterdə çalışır və orada peşəkar kadr çatışmazlığı var. Ona görə də peşəkar xidmətdə müəyyən çatışmazlıqlar özünü biruzə verir. Bunun bir neçə alternativ yolları var. Azərbaycan otellərində qiymətləri tarazlayan rəqabət mexanizmi olmalıdır. Hər bir biznes subyektinə rəqabət açıq olmalıdır ki, vətəndaşlarımız daha çox alternativlər əldə edə bilsin. Yəni vətəndaş istirahət üçün gedəndə onun seçimində bir neçə yox, onlarla otel olsun. Belə olarsa, qiymətlər büdcəmizə uyğun olacaq”. 

Kirayə ev götürün!

Ceyhun Aşırovun fikrincə, qısa zaman kəsiyində bunun həll edilməsi üçün daha rahat rəqabət mühiti yaradılmalıdır:


“Həmçinin yeni yerləşdirmə mərkəzləri, ictimai iaşə obyektləri açılmalıdır. İkinci alternativ variant vətəndaşlarımıza daha ucuz başa gələn kənd evlərinin bu zəncirə qoşulmasıdır. Otellər bahadırsa, bütöv ailə daha ucuz evlərdə qala bilər. Məsələn otelin ən azı iki otağına sığan ailə kirayə evi götürərsə, bu, ona daha sərfəli başa gələ bilər. Ona görə tövsiyə olunur ki, yerli bölgələrimiz öz evlərini müəyyən standartlara gətirərək turistlər üçün təklif eləsinlər. Öz evini təklif edənlər həm müəyyən maraq əldə edərlər,  həm də yerli turistlərimiz alternativ olaraq daha ucuz və keyfiyyətli qalma yeri seçərlər. Amma hazırki qiymət yüksəkliyi və xidmətin qənaətbəxş olmaması tələbatın artımı ilə əlaqədardır”. 
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh