Azərbaycanda məktəblər meymunçiçəyinə görə onlayn təhsilə keçir? - RƏSMİ

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Ancaq vətəndaşlar yeni pandemiyanın başlayacağından narahatdırlar.
Avtosfer.az xəbər verir ki, Baku.ws-in "qaynar xətti"nə gələn sorğuların çoxu valideynlərin meymunçiçəyinin yayılma riski ilə bağlı tədrisin onlayn olacağı və ya vaxtının dəyişdiriləcəyi ilə bağlı olub.
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mətbuat Xidmətindən bildirilib ki, yeni tədris ilinə hazırlıq məqsədilə təhsil müəssisələrində müvafiq ixtisaslaşmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir:
"Hər hansı bir xəstəliyə kütləvi yoluxma halı baş verdikdə təhsil müəssisəsinin bağlanması, tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar digər aidiyyəti qurumlar tərəfindən verilir. Bildiririk ki, məktəblilər arasında hər hansı xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir. Buna baxmayaraq, ənənəvi qaydada məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir. Səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə tövsiyə edilir ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduqları halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olmaları məqsədəuyğun deyil".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












