Azərbaycanda məktəblər yenidən qapanmaya gedir? - AÇIQLAMA

Son günlər bəzi orta ümumtəhsil məktəblərində şagirdlər arasında virus əlamətləri müşahidə edildiyinə görə siniflər qapanmaya gedib”.
Avtosfer.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, pandemiya dövründə tədrisin açılması zamanı ilk vaxtlar yoluxma halları daha çox idi:
"Azərbaycanda artıq 15 günə yaxındır məktəblərdə dərs gedir, eyni zamanda 29 sentyabrdan ali təhsil müəssisələrində tam tədris bərpa edilib. Bu da birmənalı şəkildə yoluxmaya öz təsirini göstərməlidir, qaçılmaz idi. Amma vəziyyət təhlükəli həddə deyil. Düzdür, insanlar haqlı narahatdırlar. Lakin bu heç də o demək deyil ki, biz yenidən qapanmaya gedəcəyik. Çünki ölkədə yoluxub immunitet qazanan insanların, eyni zamanda vaksin olunan insanların sayı kifayət qədərdir”.
Müsahibimiz qeyd edib ki, yoluxanlar arasında çox az faiz insan təhsil sahəsində çalışır:
"Birmənalı şəkildə tədrisin qapanacağına inanmıram. Belə gözləntim yoxdur. Biz onlayn tədrisi keyfiyyətli təşkil edə bilməmişik. Bu, təkcə bizdə belə deyil, bütün dünyada belədir. Hansı məktəblərdə və siniflərdə yoluxma müşahidə ediləcəksə, onlar distant təhsilə keçəcək, digərlərində isə bağlanma gözlənilmir. Hazırda narahatedici durum yoxdur”.
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH











