Azərbaycanda polisin bıçaqlanmasının TƏFƏRRÜATLARI - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Daşkəsəndə polis əməkdaşı Ruhlan Nəbiyev bıçaqlanıb.
Avtosfer.az-ın məlumatına görə, onu bıçaqlayan 1969-cu il təvəllüdlü Hüseynəliyev Faiq Abbas oğlu hadisəni törədən zaman sərxoş vəziyyətdə olub.
O, ictimai asayişi pozan zaman polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb. Bu səbəbdən onların arasında mübahisə yaranıb.
Nəticədə F.Hüseynəliyev 1996-cı il təvəllüdlü polis əməkdaşını bıçaqlayıb.
Unikal.org
***
Bir neçə gün əvvəl Daşkəsən rayonunun Çıraqlı kəndində 1996-cı il təvəllüdlü Nəbiyev Ruhlan Asim oğlunun bıçaqlanması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Avtosfer.az bildirir ki, kənd sakini 1969-cu il təvəllüdlü Hüseynəliyev Faiq Abbas oğlu tərəfindən bıçaqlanan gənc polis əməkdaşı olub. Belə ki, polis serjantı olan Ruhlan Daşkəsən rayon Polis Şöbəsinin İTB-nin Çıraqlı kənd üzrə sahənin polis nəfəri vəzifəsində çalışır. Hadisə isə münaqişə zəminində baş verib.
Polis əməkdaşları tərəfindən saxlanılan 52 yaşlı Faiq Hüseynəliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə işə açılıb.
Faktla bağlı araşdırma aparılır.
(publika)
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI












