Azərbaycanda rus dilində tədris aparılan məktəblərə ehtiyac varmı?

Azərbaycanda 300-dən çox məktəbdə rus dilində tədris aparılır.
Bu məktəblərin bəzilərində tədris yalnız rus dilində aparılır, bəzilərində isə ayrıca rus bölməsi fəaliyyət göstərir.
Bəzi vətəndaşlar hesab edirlər ki, artıq ölkə ərazisində bu tip məktəblərin fəaliyyət göstərməsinə ehtiyac yoxdur.
Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Elçin Murad vurğulayıb ki, ölkə ərazisində rus dilində tədris aparan məktəblərin sayı kifayət qədərdir, buna isə hər hansı zəruri ehtiyac yoxdur:
"Çünki ingilis dilinə baxdıqda rus dilinin işlənmə dairəsi artıq o qədər də geniş deyil. Biz Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanların nəticələrinə baxanda görürük ki, rus bölməsini bitirən şagirdlərə ehtiyac artıq azalır. Burada təhsil alan şəxslərin universitetlərə qəbulunda azalma müşahidə olunur. Ona görə də sözügedən məktəblərin sayının kəskin şəkildə azaldılmasına ehtiyac var".
Onun sözlərinə görə, Çin ilə artan əməkdaşlığa görə bu dilin öyrədilməsi daha effektivdir.
"Artıq ölkəmizdə və ölkə xaricində rus dilinin inkişafı və işlənmə dairəsinə baxdıqda görürük ki, 90 faiz hallarda ingilis dilinə daha çox müraciət edilir. Buna görə də ölkəmizdə ingilisdilli məktəblərin sayını artırmaq birinci məsələ olmalıdır. İngilis dili ilə yanaşı, Pekinlə artan əməkdaşlıq səbəbindən Çin dilinin öyrənilməsini də müəyyən həddə çatdırmaq lazımdır. Zənnimcə, yaxın gələcəkdə ölkədə Çin şirkətlərinin sayında artım müşahidə ediləcək, bununla əlaqədar olaraq da tərcümə və başqa sahələrdə Çin dilinə böyük ehtiyac yaranacaq. Ümumiyyətlə, Çinlə münasibətlərin qurulması, əməkdaşlığın artırılması üçün bu dil vacibdir".
Ekspert vurğulayıb ki, hər il rusdilli məktəblərə illik müəyyən məbləğdə pul ayrılır:
"Məktəbləri tamamilə ləğv etməsək belə, mərhələli şəkildə bunu etmək lazımdır. Onun üçün də dünyada hansı dilin aktiv, eyni zamanda, önəmli olmasına baxmaq vacibdir. Bundan sonra Elm və Təhsil Nazirliyi məktəblərə həmin dillərin tədrisi ilə bağlı tapşırıqlar verməlidir".(oxu.az)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












