Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İstehsalat Birliyinə (İB) baş direktor təyin edilib.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, bu vəzifə indiyə qədər baş direktor vəzifəsini müvəqqəti icra edən Mikayıl Abbasova həvalə olunub.
O, 1970-ci ildə Ermənistanda anadan olub, 1993-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib.
M.Abbasov 1994-cü ildə “Teleradio” İB-nin “Peyk rabitəsi” sexində böyük elektromexanik vəzifəsində işə başlayıb, 1995-ci ildən həmin sexin rəisi olub, 1998-ci ildən Peyk və radio-televiziya yayımı müəssisəsinin baş mühəndisi vəzifəsində çalışıb, 1999-cu ildən Texniki şöbənin rəisi vəzifəsində çalışıb, 2004-cü ildən İB-nin baş mühəndisi, 2006-cı ildən texniki direktoru vəzifəsinə təyin olunub, bu ilin mart ayından isə baş direktor vəzifəsini müvəqqəti icra edib.
O, 2007-ci ildə rabitə nazirinin əmri ilə “Rabitə ustası” adı, 2008-ci ildə isə ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı alıb, 2017-ci ildə isə dövlət başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
M.Abbasov türk, rus, ingilis dillərini bilir, ailəlidir, iki övladı var.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










