Azərbaycanın nazir müavini amerikalı həmsədrə yol göstərdi

“Ceyms Uorlik hələ o səviyyədə deyil ki, onun hansısa düzgün olmayan şərhini mən şərh edim. Məncə Uorlik Minsk Qrupunun sənədlərini daha yaxşı oxumalı, bilməli, öyrənməli, sonra əsaslı mübahisəyə girməlidir”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. ATƏT-in Minsk Qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlikin münaqişənin Dağlıq Qarabağ və Azərbaycan arasında olmasına dair sözlərinə münasibət bildirən A. Əzimovun fikrincə, Ceyms Uorlik Ermənistana təsəlli vermək üçün bu bəyanatı səsləndirib: “Çünki Ermənistanın siyasi mövqeyində əsas element odur ki, Dağlıq Qarabağın separatçı rejimini hansısa "dövlət vahidi" kimi təqdim etsin. Onlar belə fikirləşirlər ki, münaqişənin tərəfi olaraq qəbul edilsələr, sonrakı mərhələdə münaqişənin həlli ilə bağlı sazişin imzalanmasına da dəvət olunacaqlar və guya hansısa beynəlxalq hüquq çərçivəsində subyekt kimi qəbul olunacaqlar. Bu, heç düzgün deyil. Aydındır ki, münaqişə Azərbaycanla Ermənistan arasında gedir. Həm də aydındır ki, 30 minlik kiçik bir etnik qrupunun hansısa bir məntəqədə yaşaması onun bu əraziyə iddiasına heç bir hüquqi əsas yaratmır. Azərbaycan Dağlıq Qarabağda yaşayan dinc erməni əhalisini öz vətəndaşlığında saxlamaq niyyətini həmişə bildirib və təsdiqləyib. Əlbəttə ki, onların gələcəyi və hansısa məsələlərin müzakirəsi üçün Azərbaycan tərəfi mərkəzi hökumət olaraq həmişə hazır olacaq".
A.Əzimov bildirib ki, münaqişənin həllində mərhələlər var: “Hazırkı mərhələ işğal mərhələsidir və işğalı aradan götürmək üçün Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir. Bu məqsədlə Azərbaycan Ermənistan tərəfi ilə müzakirələr aparmaqdadır. Ermənistanın Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsindən ərazi iddialarını örtmək üçün istifadə etmək cəhdləri isə məncə ciddi qurulmayıb və çox yaxşı görünən bir faktdır. Ermənistanın bu iddialarına və ona təsəlli verməyə çalışan Ceyms Uorlikin sözlərinə ciddi baxmayın. Ceyms Uorlik Minsk Qrupunun həmsədridirsə, Minsk qrupunun mandatını və konfransının quruluşunu yaxşı bilməlidir. Konfransın quruluşuna görə, Dağlıq Qarabağ əhalisinin nümayəndələri maraqlı tərəf kimi prosesdə iştirak etməlidir. Bu, həm azərbaycanlılara, həm ermənilərə aiddir. Azərbaycan bu formatdan heç vaxt boyun qaçırmayıb. Minsk Qrupunun formatı var, növbəti mərhələdə işğal bitəndən sonra həmin bu tərkib yığışacaq və həm azərbaycanlıların, həm ermənilərin iştirakı ilə müzakirələr aparılacaq”.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












