Azərbaycanlı əsirlərin İrəvanda öldürülməsi ilə bağlı YENİ DETALLAR - FOTO

Azərbaycanlı əsirlərin 1994-cü ildə İrəvandakı xəstəxanalardan birində öldürülməsi ilə bağlı faktlar yayımlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı detalları sosial şəbəkə istifadəçilərindən biri öz profilində paylaşıb.
Onun bildirdiyinə görə, həmin vaxt əsirlikdə olan 23 nəfər azərbaycanlının hamısı Qırmızı Xaç cəmiyyətinin siyahısında yer alıbmış. Ona görə də ermənilər məcbur qalaraq öldürülən 8 nəfərin nəşlərini Azərbaycana təhvil verməli olmuşdular.
Onlar iddia edirdilər ki, sözügedən şəxslər guya qaçış zamanı öldürülmüşdü. Ancaq Böyük Britaniyanın Dandi Universitetinin patoloqu Derrik Paunder bu iddiaları təkzib edən faktları sadalayıb.
O bildirib ki, öldürülənlərin üzərində işgəncə izləri var idi. Onların altısı birbaşa başlarından atəş açılaraq öldürülmüşdü. Öldürülən üç nəfərlə bağlı təkzibedilməz dəlillər isə ondan ibarət idi ki, tapançanın lüləsi onların başlarına dirəndikdən sonra atəş açılmışdı. Əsgərlərdən biri isə yaxın məsafədən sinəsinə atəş açılaraq öldürülmüşdü.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS













