Azərbaycanlı müğənninin 5,5 milyonluq AVTOMOBİL KOLLEKSİYASI - FOTO

“Uşaqlıqdan maşınları və maşın sürməyi çox sevirəm. Amma o qədər kasıb idik ki, bu barədə xəyal belə qura bilmədim, “Jiquli” haqqında danışıram, ümumiyyətlə xarici markalı bir avtomobil haqqında susuram. İndi başa düşürsüz, niyə məndə mavi rəngdə “Jiquli” var”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov paylaşdığı postda yazıb.
Avtomobillərə qarşı böyük sevgisindən söz açan sənətçi bildirib ki, uşaqlıqda dayısı “Jiquli”si ilə ona travma yaşadıb:
“Bir dəfə dayımın oğlu ilə “Jiquli”ni yudum. Yuduqdan sonra oğlu atasından soruşdu ki, avtomobili Nəvai ilə birlikdə sürəcəyik. Cavab verdi ki, Nəvaiyə sükan arxasında əyləşməyə qoyma. Mən də maşını elə yudum ki, az qaldı ki, onu yalayım. 11 yaşım vardı və elə oldu ki, bu söhbəti eşitdim. Bundan sonra çox uzun müddət özümə gələ bilmədim. Özümü o qədər pis hiss etdim ki, başqa qohumlar məni sükan arxasında əyləşməyə icazə versə də, imtina etdim. “Almera” markalı avtomobil alanadək bu travma ilə yaşadım. Bu travma ilə neçə il yaşadığımı hesablayın”.
N.Bəkirov avtomobil kolleksiyasının 5,5 milyon manat olduğunu açıqlayıb:
“İndi hardasa ümumi dəyəri 200.000.000 rubl (təxminən 5,5 milyon manat) olan 10 maşınım var. Amma aldadıldığım və uşaqlıq hisslərimin tapdalandığı bu hadisəni xatırlayanda 300.000 rubl (təxminən 8400 manat) qiyməti olan “Jiquli”də” gedirəm”.



Bizim.Media
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












