“Azəryolservis”: Yoldakı çökmənin yeganə səbəbi həmin ərazidə baş verən su axıntısıdır

«BakınınNobelprospektində çökməninyeganə səbəbihəmin ərazidə baş verənsuaxıntısı ilə əlaqədardır. Suaxıntısı ilə əlaqədartəxminən 10 metrdərinlikdə yolun əsası və torpaqyatağı yuyulub”. Bunu “APA-Economics”ə açıqlamasında “Azəryolservis” ASC-ninmətbuatxidmətininrəhbəriPünhanMürsəliyevbildirib. “Yuyulmanınkollektorun (20 mdərinlikdə kanalizasiyakollektoruyerləşir) üzərində olması, ehtimaletməyə əsasverirki, bukollektordaolanuzunmüddətlisızmalarsəbəbindənbaş verib. Həmin ərazidə nə vaxtsa çala olub, sonra yumşaq torpaqla doldurulması fikirləri isə tamamilə əsassızdır. Çünki həmin hissədə “Azəryolservis” ASC tərəfindən heç bir təmir işi aparılmayıb. Yəni orada nə çala olub, nə də yumşaq torpaqla doldurulub”, - deyə P. Mürsəliyev qeyd edib. Çala əmələ gələn ərazinin doldurulmasına gəlincə isə P. Mürsəliyev deyib ki, hadisənin baş vermə səbəbi araşdırılıb, tapılmayana qədər orda çökmə olacaq, proses davam edəcək: “Çalanı nəyə görə doldurduq? Həmin ərazidə hərəkətin intensivliyini və yarana biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə. Aidiyyatı üzrə tapşırıq verilib, ora tam nəzarətdə olacaq. Lazım gələrsə, orada təcili bərpa işləri görüləcək. Amma o səbəb ardan qaldırılmayana qədər, o çökmə yenə də baş verəcək”.“Azəryolservis” sözçüsü əlavə edib ki, ərazidə birmənalı olaraq sızma baş verib: “Tutaq ki, “Azəryolservis” ASC deyil, başqa hər hansı bir podratçı texnoloji qaydalara riayət etmədən o işini aparsa idi belə, yenə də 10 metr dərinliyində qətiyyən orada çala yaranmazdı, yuyulma baş verməzdi. Burada konkret olaraq sızma var. Yuyulma da kollektorun üstündə olduğundan ehtimal edirik ki, hadisə onunla bağlı baş verib. Sızma olmasa, hətta düzgün texnoloji prosedur aparılmasa belə, 10 metr dərinliyində çala heç vaxt yarana bilməz”, - deyə P. Mürsəliyev bildirib.
Qeyd edək ki, ötən gün “Azərsu” ASC paytaxtın Nobel prospektində yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirməyin hələ tez olduğunu açıqlayıb. “Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib, kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb. Kollektorda çirkab suların səviyyəsi düşdükdə xətt daxildən yoxlanacaq, yalnız bundan sonra dəqiq nə isə demək mümkün olacaq”, - deyə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












