AzTV-də xidmət edən polis intihar edib?

Yanvarın 8-də AzTV-də özünü xidməti silahla vuran polis Yasin İnqilabzadənin ölümü ilə bağlı bəzi detallar məlum olub. İlkin məlumatda polisin özünü ehtiyatsızlıqdan vurduğu deyilsə də, sonradan onun intihar etdiyi haqda iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, polis kiçik serjantı Y.İnqilabzadənin şəxsi münasibətlərinə görə yaşadığı problemlə bağlı özünü vurduğu bildirilir. Lakin istintaq ilkin mərhələdə onun ehtiyatsızlıqdan canına qəsd etdiyi qənaətinə gəlib.
Rəsmi açıqlamada da onun intihar etmədiyi qeyd edilsə də, başından güllə xəsarəti alması intihar ehtimalını artıran nüans kimi qəbul edilib.
Yasin İnqilabzadə Daxili İşlər Nazirliyinin AzTV-də xidmət aparan mühafizə şöbəsinin əməkdaşı olub. Bu şöbənin rəisi, polis polkovnik-leytenantı Xəqani Cəfərov təxminən bir ay əvvəl işdən çıxarılaraq başqa vəzifəyə təyin edilmişdi.
Bu yaxınlarda isə onun yerinə polis polkovnik-leytenantı Xəlil Səfərov təyin edilib. X.Səfərov Şuşa şəhər icra başçısı Bayram Səfərovun oğludur. O, Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi, daha öncə isə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi olub.
Y.İnqilabzadənin ölümü ilə bağlı araşdırmalar aparılır.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












