Bacısı oğlundan sabiq deputata ittiham: “Mağazanı əlimizdən aldı”

Avtomobillərin ehtiyat hissələrinin satışını həyata keçirən "Ştutqart" mağazalar şəbəkəsi ilə bağlı qalmaqal yaşanır. Keçmiş deputat Nəriman Əliyevin mağazalar şəbəkəsini qanunsuz yollarla ələ keçirildiyi iddia edilir. Bu ittihamı irəli sürən isə kənar şəxs deyil, sabiq deputatın öz bacısı oğlu Pərviz Abdullayevdir. Avtosfer.az xəbər verir ki, "Qaynarinfo" Pərviz Abdullayevlə əlaqə saxlayaraq təfərrüatları öyrənməyə çalışıb.
O bildirib ki, uzun illərdir biznes fəaliyyəti ilə məşğul olur:
"Yuyucu tozların istehsalını və satışını həyata keçirən "Emruz" markasını biz yaratmışıq. Daha sonra isə "Ştutqart" mağazalar şəbəkəsinin qurduq. Hətta mən bu işə görə Dubaya köçərək bir müddət orada yaşadım. Yaxınlar bilir ki, Nəriman Əliyev bu mağazalar şəbəkəsinin sahibi deyil. O, sadəcə bu biznesini əlimizdən alıb".
P.Abdullayevin sözlərinə görə, Nəriman Əliyev onun dayısı olmaqla yanaşı, atası ilə çox yaxın dost olub:
"Onun yüksəlişinə görə atam az əziyyət çəkməyib. Bu baxımdan biz onu mağazalar şəbəkəsinə ortaq etmişdik. Nəriman Əliyev də bundan sui-istifadə etdi, arxasında duran məmurların dəstəyi ilə mağazalar şəbəkəsini əlimizdən aldı. "Ştutqart"ın qurulmasında onun zərrə qədər əməyi olmayıb. Təsəvvür edin, mağazanın adını da mən qoymuşam. Nəriman Əliyev onu himayə edən məmurlara güvənərək belə hərəkət edib. Lakin biz mağazamızı geri almaqda israrlıyıq. Bütün qanuni və hüquqi vasitələrdən istifadə edərək məqsədimizə çatacağıq".
Pərviz Abdullayevin iddiaları ilə bağlı sabiq Milli Məclis üzvünün mövqeyini öyrənmək mümkün olmayıb. Saytın əməkdaşının zənginə keçmiş deputatın köməkçisi cavab verib. O, N.Əliyevin ölkədə olmadığını, 10 gündən sonra qayıdacağını bildirib.
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












