Bağırov körpüsündə və digər təhlükəli ərazilərdə təlim keçirildi - FOTO

Paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə təlimlər keçirilib.
Avtosfer.az xəbər verir ki, təlimlərdə gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görüləcək tədbirlərin, eləcə də belə vəziyyətlərdə təşkilatların üzərinə düşən vəzifələrin müzakirəsi, maarifləndirmə işinin gücləndirilməsi diqqət mərkəzində olub.
Təlimlər Heydər Əliyev prospektində son yağışlar zamanı su basmış körpünün yaxınlığında, eləcə də paytaxtın digər potensial təhlükəli ərazilərində keçirilib. Təlim zamanı dövlət qurumlarının nümayəndələri görüləcək zəruri tədbirləri müzakirə ediblər.
Təlimlər zamanı bütün xidmətlərin yaxşı əlaqələndirilmiş və koordinasiya olunmuş işi qeyd edilib.





Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












