Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir

Azərbaycanın paytaxtı Bakıdan Ermənistanın İrəvan şəhərinə təyyarə reysləri açılır. Avtosfer.az "Yenisabah"a istinadən xəbər verir ki, artıq uçuşların biletləri satışa çıxarılıb.
Məlumata görə, “Aviasales” aviabilet axtarış sistemi Bakı-İrəvan reysi üzrə biletlərin satışına başlayıb. Sözügedən səfərlər üzrə təklif olunan biletlər sistemin saytına yerləşdirilib.
Bakıdan İrəvana ilk reyslər may ayının 14-dən etibarən başlayacaq. Reysləri Macarıstanın “Wizz Air”, Türkiyənin “Turkish Airlines” və Moldovanın “FlyOne” aviaşirkətləri həyata keçirəcək.
Məsələ ilə bağlı “Aviasales”dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, İrəvana səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə məhdudiyyətlər və qaydalar tətbiq olunması istisna deyil:
“Bakı-İrəvan reysləri ilə bağlı bildiririk ki, yalnız biletin alınması kifayət etmir, səfər üçün mütləq etibarlı pasport tələb olunur. Viza məsələsi və digər giriş qaydaları vətəndaşlıqdan asılı olaraq dəyişə bilər. Xüsusilə bu istiqamət üzrə əlavə məhdudiyyətlər və qaydalar tətbiq oluna bilər, buna görə səfərdən öncə rəsmi qurumlardan məlumatın dəqiqləşdirilməsi tövsiyə olunur.
Gediş və dönüş biletlərinin alınması mümkündür. Səfər zamanı və qayıdışda sərhəd nəzarəti həyata keçirilir və pasportun təqdim olunması mütləqdir. Həmçinin əlavə yoxlanışların aparılması ehtimalı mövcuddur”.
Qeyd edək ki, Bakı-İrəvan reysi üzrə ən ucuz biletin qiyməti 216 (“Wizz Air”) , ən bahalı biletin qiyməti isə 595 manat (“Turkish Airlines”) təşkil edir.

“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












