Bakı metrosunda terrordan 27 il keçir

Bakı metrosunda baş verən terror aktından 27 il keçir.
1994-cü il iyul ayının 3-də saat 8:30-da metronun “Gənclik” metrostansiyasının platformasına 500 metr qalmış elektrik qatarının vaqonunda bomba partladı. Partlayışdan sonra qatarın vaqonları alışdı. Terror aktı nəticəsində 13 nəfər həlak oldu, 58 nəfər yaralandı.
“28 May” və “Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi faktı ilə Azərbaycan vətəndaşı Azər Aslanov Moskvada həbs edildi. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana göndərdilər. 1998-ci ildə Aslanov bu terror aktını reallaşdırmaq göstərişini erməni əsirliyində olarkən publisist Zori Balayandan aldığını dedi.
Məhkəmə ona ömürlük həbs cəzası verdi. İstintaq müəyyən etdi ki, terror aktının təlimatçıları Ermənistanın xüsusi təyinatlı orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Aslanovun bəyanatına əsaslanaraq Azərbaycan məhkəməsinin qərarı ilə Balayana qarşı cinayət işi açılıb.
1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol publisisti xüsusi təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verdi. Sonra isə Azərbaycan Prokurorluğu onu MDB ölkələrində dövlətlərarası axtarışa verdi.
Amma 2001-ci ildə İnterpol məsələyə yenidən baxaraq Balayanı axtarılan şəxslər siyahısından sildi.
Qeyd edək ki, 1994-cü ilin iyul ayının 3-də baş verən partlayış Bakı metrosunda ikinci terror aktıdır.
Belə ki, 1994-cü il mart ayının 19-da da saat 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış olub. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.
Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












