Bakı-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 29-31-ci km aralığında, yəni Sumqayıt şəhərinə giriş-çıxış yeri ilə kəsişən hissədə əsaslı təmir işləri aparıldığından 13 oktyabr saat 06:00-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.
O bildirib ki, nəqliyyat vasitələri avtomobil yolunun 28-ci km-dən, yəni “SOCAR” yanacaqdoldurma məntəqəsinin yanından, H.Z.Tağıyev qəsəbəsi istiqamətindən Sumqayıt şəhərinə, eləcə də şimal istiqamətində - Quba, Qusar və Xaçmaz rayonlarına hərəkətlərini davam etdirə bilərlər. Bununla yanaşı, Sumqayıt şəhərinə alternativ yol olaraq Saray və Novxanı qəsəbələrindən daxil olmaq tövsiyə edilir: "Sumqayıt şəhər sakinləri isə paytaxt istiqamətinə Novxanı və Saray qəsəbələrindən keçən, o cümlədən “çöl yolu” kimi tanınan avtomobil yolları vasitəsilə magistral yola çıxmaqla hərəkət edə bilərlər.
Təmir işləri müddətində nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi üçün yol-patrul xidməti əməkdaşları tərəfindən müvafiq şərait yaradılacaqdır".
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












