Bakı-Şabran dəmir yolu xəttindən oğurluq edildi - VİDEO-FOTO

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Şabran dəmir yolu xəttinin Baş Sumqayıt stansiyası ərazisindən keçən hissəsindən oğurluq edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, naməlum şəxs stansiya ərazisindəki rabitə quyusundan ümumilikdə 73 metr borunu kəsərək oğurlayıb və nəticədə stansiyaya 1 300 manata yaxın maddi ziyan vurub.
Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Hüseynbala Cəfərov saxlanılıb.
Onun oğurladığı əşyaların bir hissəsi və hadisə zamanı istifadə etdiyi kəsici alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb.
Hüseynbala Cəfərov ifadəsində qeyd edilən stansiyanın ərazisindən oğurluq etdiyini etiraf edib.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI











