Bakı sakinlərini təngə gətirmiş problem - BNA münasibət bildirdi - VİDEO

"Bakıkart"larda balansı artırmaq bəzi sakinlər üçün ciddi problemə çevrilib. Sərnişinlər artıq dayanacaqların əksəriyyətində balanslarını artıra bilmirlər. Çünki ödəmə terminalı yoxdur. Bundan ötrü gərək ya ödəmə terminalı olan yer tapmalıdırlar, ya da metroya düşməlidirlər.
Metroya düşdükdə isə onsuz da sıxlıq yaşanan metro girişlərində əlavə qələbəlik yaranır. İnternet üzərindən ödəmələrdə də problem var.
Bizim.Media xəbər verir ki, paytaxt sakinləri "Bakıkart"ların balansını artırmaq üçün qarşılaşdıqları problemlərdən şikayət edirlər.
Sərnişinlər deyirlər ki, dayanacaqlardakı terminalların götürülməsi onların işini çətinə salıb. Üstəlik, bu məsələ əlavə problemin yaranmasına səbəb olub. Bir çox sərnişin balansı artırmaq üçün metroya girməlidir ki, bu da onsuz da kifayət qədər sıxlığın yaşandığı metro girişlərində əlavə qələbəlik yaradır.
Karta internet üzərindən ödəmə mümkün olsa da, sərnişinlər bu zaman vəsaitin kartın balansına oturması üçün bəzən saatlarla gözləməli olduqlarını deyirlər.
Bakı Nəqliyyat Agentliyi isə deyilən iradlarla razılaşmır. Qurumun mətbuat katibi Mais Ağayev deyir ki, paytaxt ərazisində olan 1400-dən çox ödəmə terminalı kartın balansını rahat şəkildə artırmağa imkan verir və belə terminallara ən xırda marketlərdə belə rast gəlinir.
O ki qaldı internet üzərindən ödəmələrin balansa oturmasında gecikmələrin yaşanmasına.
Mayıs Ağayev onu da bildirdi ki, internet üzərindən ödənişlərin daha tez balansa oturması, eyni zamanda bank kartlarıyla ödəmə üsullarıyla bağlı texniki tədbirlər də görülür.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











