Bakı-Sumqayıt yolu iflic olacaq - SƏBƏB

Bakının mərkəzinə gəlmək bir az da çətinləşib.
“Paytaxtın mərkəzində sürətlə söküntü işləri aparılır. Söküntüdən sonra insanlara verilən konpensasiyalar 1 kvadratmetrə görə 1500-2000 manatdır. Mərkəzdə 40-50 kvadratmetr mənzili olan şəxs söküntüdən sonra 70-80 min manat konpensasiya alır.
Bu vəsait insanlara mərkəzdən mənzil almaq üçün yetərli deyil. Mərkəzdə yeni inşa olunan binalarda ən ucuz mənzilin kvadratı 3500 manatdan başlayır. Təmirsiz olduğuna görə təmir xərclərini də bura əlavə etsək, o zaman evi sökülən vətəndaş şəhər kənarından mənzil axtarışına çıxır”.
Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abbasbəyli deyib.
O bildirib ki, mərkəzə qismən yaxın olan ərazilər isə Sumqayıt istiqamətidir:
“Bura Masazır, Xırdalan, Saray və Sumqayıt istiqamətidir. Yay aylarında mənzili sökülən vətəndaşlar sürətlə bu istiqamətdən mənzil alır. Nəticədə Bakı-Sumqayıt yolu hər il bir qədər də artıq yüklənir. Prosses belə davam edərsə, bir neçə ildən sonra bu yolda hərəkət təmamilə iflic olacaq. Ona görə də yeni bir strateji plan düşünülməlidir”.
Ekspert ən azı Sumqayıt istiqamətindən mərkəzə doğru alternativ yol çəkilməsini təklif edir.(cebhe.info)
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












