Bakı yollarında son vəziyyət açıqlanıb: Səkkiz istiqamətdə sıxlıq var

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq “Çermet” yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində;
2. Xətai prospektinin Firdovsi Məmmədov küçəsi ilə kəsişməsindən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində;
3. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən Gülarə Qədirbəyova küçəsi istiqamətində;
4. Gülarə Qədirbəyova küçəsində Xətai prospeki ilə kəsişmə istiqamətində;
5. Salatın Əsgərova küçəsinin Təbriz və Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində;
6. Səməd Vurğun küçəsində Zabitlər parkının yanından Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər, Yusif Vəzir Çəmənzəminli küçəsi istiqamətində;
7. Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində;
8. Təhsil Muzeyinin qarşısı daxil olmaqla, Əbdüləzəl Dəmirçizadə küçəsinin Əliəşrəf Əlizadə küçəsi ilə kəsişməsindən Xətai prospekti ilə kəsişməsinə qədər olan hissəsində.
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA










