Bakıda 10-dan çox evdən və avtomobildən oğurluq edən şəxslər saxlanılıb - VİDEO - FOTO

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı müxtəlif vaxtlarda rayon ərazisində avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat zamanı Xətai rayonunda yaşayan əvvəllər məhkum olunmuş Bəybala Kamranbəyli tutularaq istintaqa təqdim edilib.
Araşdırma zamanı onun paytaxt ərazisində 10-dan çox avtomobilin salonundan dəyərli əşyalar, maqnitafonlar oğurlayaraq dəyər-dəyməzinə satdığı məlum olub.
Həmçinin saxlanılan şəxsin ətrafında aparılan əlavə aradırmalar zamanı onun rayon ərazisində bir neçə mənzildən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində bir mənzildən oğurluq edən Elçin Əhmədov saxlanılıb. Onun evdən 2000 manat dəyərində qızıl və 350 manat pul oğurladığı məlum olub.
"Qeyd edək ki, Bəybala Kamranbəyli oğurluğa gedən zaman həmin ərazilərdə yerləşdirilən müşahidə kameraları vasitəsi ilə də görüntülənib. Bu isə onun qeyd edilən hadisələri törətdiyini bir daha sübüt edir.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdrıma aparılır. Bəybala Kamranbəyli və Elçin Əhmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Xətai Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - mətbuat xidmətindən bildiirlib.


Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












