Bakıda 5 küçə birdəfəlik bağlanır - 5 oktyabrdan... - FOTO

2 ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Dəyişikliklər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil edilir.
Təşəbbüsün əsas məqsədi şəhərin piyada zonalarının arasında əlaqəliliyin təmin edilməsi, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şəraitin yaradılması, şəhər mərkəzində ekoloji cəhətdən daha təmiz mühitin formalaşdırılması, eləcə də ərazinin turizm və biznes potensialının artırılmasıdır.
Qeyd edək ki, əvvəlki qaydada olduğu kimi, fərdi parklanma talonuna malik sakinlərin, operativ, tibbi, kommunal, eləcə də logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək. Bununla yanaşı, ərazidə fəaliyyət göstərən dövlət qurumları, diplomatik nümayəndəliklər, tibb müəssisələri və biznes subyektləri ilə müvafiq iş aparılacaq, onlara zəruri dəstək göstəriləcək.
Qaydaların tətbiqinə oktyabrın 5-dən etibarən test rejimində başlanılması nəzərdə tutulur.

Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO












