Arvadını öldürən polislə bağlı DETALLAR BİLİNDİ - Qısqanclıq... - FOTO

Səhər saatlarında Bakıda həyat yoldaşını qətlə yetirən polislə bağlı bəzi detallar məlum olub. Qətlə yetirilən Xanım Məmmədovanın xalası Nəsibə Məmmədova oxu.az-a bildirib ki, İsmayıl Məmmədov qısqanc biri olub: “Biz heç vaxt onların ailəsinə qarışmadıq. Mən Bakıda yaşasam da, bacım qızı evlənəndən sonra heç vaxt bizə gəlməyib. Mənə telefon nömrəsini də verməyiblər. İ.Məmmədov onu heç vaxt evdən buraxmırdı”.
N.Məmmədova qeyd edib ki, bacısı qızı Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib:
“Onlar ikinci kursdan tanış oldular, nişanlandılar. İki uşaqları var. Biri qız, biri oğlan. Böyük uşaqları bu il birinci sinfə getdi”.
Xalanın sözlərinə görə bacısı hadisədən xəbərsizdir:
“Yoldadır, gəlir, elə bilir yaralıdı”.
Qeyd edək ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib












