Bakıda avtomobil dayanacağında yaşayış binaları tikilir - ətrafda yaşayan sakinlər narazıdır - VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binalarının avtodayanacağında tikinti işi aparılır. Həmin binaların sakinləri isə tikintiyə narazılıq edirlər.
Xətai rayonunda iki 9 mərtəbəli binanın sakinləri illərdir avtomobillərini saxladıqları ərazidə binanın tikintisinə narazılıq edirlər.
Sakinlər deyirlər ki, bir müddədir tikinti şirkətlərindən birinin əməkdaşları onların yaşadıqları, Gəncə prospekti 29/42 ünvanında avtomobil dayanacağında çoxmərtəbəli bina inşa etmək üçün ərazinin bir hissəsini taxta ilə hasıra alıblar.
Sakinlər tikintini aparmaq istəyən ''Sultan-Y'' MMC-nin əməkdaşlarına tikintinin aparılması üçün bir neçə dəfə irad bildiriblər. Sakinlər iddia edirlər ki, həmin ərazidə MTK rəhbərliyi tikintini qanunsuz aparır.
Məsələ ilə bağlı ''Sultan-Y'' MMC-dən bildirdilər ki, sözügedən ərazidə bina inşa etmək üçün bütün rəsmi icazələri var. Həmin ərazidə 2 ədəd 16 mərtəbəli, iki bloklu binanın inşası üçün layihələri də mövcuddur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirdi ki, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14.06.2017-ci il tarixli 267 nömrəli sərəncamı ilə icazə verilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən də həmin ünvanda yaşayış binasının tikintisinə qeyd edilən sərəncamlar və aidiyyəti dövlət qurumlarının rəyləri əsasında icazə var.
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










