Bakıda avtomobildə narkotik və mənşəyi məlum olmayan ət aşkarlanıb - FOTO - VİDEO

Bakının Nərimanov rayonunda Bərdədən gələn avtomobildən külli miqdarda narkotik vasitə və 360 kiloqram mənşəyi məlum olmayan ət aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədov saxlanılıb.
Onun üzərinə baxış zamanı külli miqdarda - 360 qram heroin və 170 qram metamfetamin aşkar edilib.
Həmin şəxslə birlikdə saxlanılan həmyerlisi Ramin Nəbiyevin idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə mənşəyi bilinməyən və tibbi sənədləri olmayan 360 kiloqram ət aşkar olunub.
Ramin Nəbiyev ifadəsində ətin Anar Kərimov adlı tanışına məxsus olduğunu bildirib.
Qeyd edək ki, Bəxtiyar Məmmədovdan aşkar edilən narkotik maddələrlə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Aşkar olunan ətin mənşəyinin və insan orqanizminə zərərli olub-olmadığını müəyyən etmək üçün isə ekspertiza təyin edilib.
Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.


Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…












