Bakıda dəhşətli qəzaya düşən avtobusun sahibindən açıqlama: Ölənlərin əksəriyyəti...

Bu gün səhər saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi faktlar üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, Publika.az-a açıqlama verən, avtobusun məxsus olduğu 171 saylı marşrut xəttini istismar edən "Ayşən LTD" şirkətinin rəhbəri İradə Əliyeva hadisəyə yük avtomobilinin səbəb olduğunu bildirib. O qeyd edib ki, qəzada vəfat edənlərin əksəriyyəti yolun kənarındakı dayanacaqda və oradakı köşkün önündə dayanan şəxslər olub: "Bizim avtobuslar qaraj şəraitində saxlanılır, texniki baxış keçirilir, hər gün səhər sürücülər tibbi müayinədən keçiriləndən sonra xəttə çıxırlar. Hadisə vaxtı avtobusu idarə edən sürücü də təcrübəli əməkdaşlarımızdandır. O da xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Avtobusu vuran yük maşınını 19 yaşlı şəxs idarə edirmiş. Pandemiya səbəbindən sərnişindaşıma şirkəti kimi vəziyyətimiz çox ağır idi, bu hadisə də bir zərbə oldu".
Qeyd edək ki, hadisə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bilgəh qəsəbəsi istiqamətinə hərəkət edən “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 nömrə nişanlı sərnişin avtobusuna eyni istiqamətində hərəkət olan 99 DH 343 dövlət qeydiyyat nişanlı “Mercedes” markakı yük avtomobilinin çırpılması nəticəsində baş verib. Nəticədə avtobus yolun kənarındakı dayanacaq ərazisinə aşıb. İlkin məlumata görə 5 nəfər ölüb, 20-dən çox şəxs isə xəstəxanalara yerləşdirilib.
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO










