Bakıda dilənən uşaq narkotik maddə qəbul edir? - YENİLƏNİB + FOTO

“Azyaşlının narkotik vasitə istifadəsinə dair iddialar əsassızdır”.
Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, həmin azyaşlı anasının yanındadır:
“Onun barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib”.
09:30
“Bakıda uşağın küçələrdə dilənməsini görməzdən gəlirlər”.
Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün “Facebook” səhifəsində məlumat paylaşıb.
Daha əvvəl də sosial şəbəkələrdə görüntüləri paylaşılan uşaqla bağlı aidiyyəti qurumların reaksiyasız qalması istifadəçilər tərəfindən ciddi müzakirə edilib.
K.Ağazadə küçədə diləndirilən azyaşlı uşağın narkotik, toksik maddələr qəbul etməsi ehtimalı olduğunu vurğulayıb:
“Bu uşağı sosial şəbəkələrdə paylaşmayan qalmadı! Amma nə Daxili İşlər Nazirliyi, nə Səhiyyə Nazirliyi, nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, nə də qəyyumluq komissiyasından reaksiya gəlməyib”.
Paylaşımda paytaxtın Yasamal rayonu ərazisində bu vəziyyətdə görülən uşağa Rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə reaksiyasız qalması qınanılıb:
“Yasamal Rayon İcra Hakimiyyəti də bu uşağı görmədi ki, görmədi. Bu uşağın narkotik, toksik maddələr qəbul etməsi ehtimalı çox böyükdür. Bədəni yara içində, ayıq görən olmur. Bu uşaq müalicə almalıdır. Narkoloji şöbə uşaqlar üçün olmasa belə müalicə olunmalıdır. Daha sonra müəssisəyə yerləşdirilməlidir. Mən bu vəziyyətdə ona heç nə edə bilmərəm. Amma siz, dövlət qurumları, bir xəstə, asılı uşağı cəmiyyətə yenidən qaytarmağa borclusunuz”.
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










