Bakıda Ermənistan nömrəsi olan avtomibillə bağlı yeni məlumatlar - FOTOLAR

Bakıda Ermənistan nömrəsi ilə maşın peyda olub. E 001 KX nömrəli "Range Rover"-in fotosunu milli.az-a Kənan adlı oxucu göndərib. ANS press-in məlumatına görə isə E 001 KX nömrəli "Range Rover" avtomobilində olan bayrağın guya Ermənistana aid olduğu bildirilirdi. Bayrağın yaxşı görünməməsi ilk baxışdan bunu deməyə əsas verirdi. Ancaq araşdırmalardan sonra məlum oldu ki, həmin bayraq Moldova Respublikasından ayrılaraq özünü "respublika" elan etmiş Dnestryanı bölgəyə aiddir. Belə baxanda tanınmamış bir respublikaya aid avtomobilin də Azərbaycana gətirilməsi sual doğurur.
Xatırladaq ki, paytaxtı Tiraspol olan Dnestryanı (Dnestryanı Moldov Respublikası) Dnestr çayı yanında yerləşmiş tanınmamış sosialist bölgədir və 1991-ci ildə elan edilib. "Dnestryanı respublika"nın əhalisi 505.000 min nəfərdir. 2004-cü ilə görə əhalinin etnik tərkibi 35% moldovan, 32% rus, 28% ukraynalı və 5% isə digər xalqlardan ibarət olub.
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da məsələyə münasibət bildirib. Hüquqşünas Avtosfer.az saytına bildirib ki, yayılan şəkillərdən həmin avtomobildəki nömrənin (qeydiyyat nişanının) Ermənistana aid olduğu aydın deyil. Bəzi mənbələr həmin nömrənin Ermənistanda fəaliyyət göstərən hansısa diplomatik korpusa məxsus olduğunu bildirsələr də, hüquqşünas bunu da doğru saymır. Onun sözlərinə görə, biz Ermənistanı dövlət olaraq tanımırıq və deməli, bu “dövlət” bizim üçün mövcud deyil. Eynilə bu dövlətə aid olan hər şey bizim üçün formal olaraq mövcud deyil. Bu səbəbdən Eermənistanda qeydiyyata alınan istənilən avtomobil, o cümlədən hətta diplomatik immuniteti olan şəxsin istifadəsində olan avtomobil bizim üçün qeydiyyata alınmış sayıla bilməz və belə avtomobil Azərbaycanın ərazisinə buraxıla bilməz: «Bir sözlə, Ermənistanda qeydiyyata alınan hər hansı avtomobilin ölkəmizə girişinin qadağan edilməsi tam olaraq beynəlxalq və milli hüquqa uyğundur və buna yol verilə bilməz».
Qeyd edək ki, Ermənistanın qeydiyyat nişanları aşağıdakı şəkillərdə gördüyünüz kimidir. Aydın görünür ki, Bakıda şəkli çəkilən avtomobilin qeydiyyat nişanı tam fərqlidir.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI


















