Bakıda generalın evini sökdülər

“Mayın 15-də saat 17 radələrində mənim Novxanıdakı bağ evimə 10-dan çox polis əməkdaşı və daha 5-6 nəfər müki geyimli şəxs gələrək özləri ilə gətirdikləri buldozerlə hazırda tikilməkdə olan evimi dağıtmağa başladılar. Mənim həmin adamlardan sənədlərini göstərmək və evi nəyə görə sökdüklərinə izahat vermək tələblərimə heç kəs cavab və reaksiya belə vermədi. Onlara ünvanladığım digər suala - “sizin bu söküntünü aparmaq üçün əlinizdə hansısa məhkəmə qərarınız varmı” sualıma da cavab almadım”. Bunu “Turan” agentliyinə açıqlamasında hüquq elmləri doktoru, ədliyyə generalı Xanlar Ələkbərov deyib. “Mən onlara dedim ki, evin tikintisi üçün lazım olan bütün texniki-arxitektur və layihə sənədlərim var. Mən həmin sənədləri martın 31-də Binəqədi Rayon İcra Hakimiyyəti aparatına təqdim etmişəm. Mən evə girib həmin sənədləri gətirənə qədər buldozerlə evin bir hissəsini uçurdular. Bu divar həm də hasar sayılırdı. Evi sökən adamlar sənədlərə baxandan sonra çıxıb getdilər. Gedəndə isə yalnız onu dedilər ki, nəsə səhv olub” - deyə general bildirib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












