Bakıda marşrut avtobusunun sürücüsü sükan arxasında telefonla oynadı - VİDEO

Sürücü avtobus idarə edə-edə telefonla oynayır... Bir əlində telefonla, digəri ilə sükanı idarə edən sürücü elə yola da bir gözü ilə baxır...
Avtosfer.az xəbər verir ki, kadrlardakı şəxs 202 nömrəli avtobusun sürücüsü Cəmil Məmmədovdur.
Görüntülər isə həmin avtobusdakı sərnişin tərəfindən lentə alınıb. Rastlaşdığı təhlükəli vəziyyətlə bağlı müraciət edən sərnişinin sözlərinə görə, həmin sürücü telefona başı qarışdığı üçün bir dəfə qəza şəraiti də yaradıb. Həmin marşrut xəttinin sürücüləri isə deyirlər ki, onlar ancaq avtobusu saxladıqları zaman telefona cavab verə bilərlər. Əks halda şirkət tərəfindən cərimələnirlər. Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunu idarə edən sürücünün sükan arxasında telefondan istifadə etməsi qayda pozuntusu olmaqla yanaşı daşımaların təhlükəsizliyi baxımından da risk yaradır. Qeyd olunan qayda pozuntularına qarşı inzibati tənbeh tədbirinin görülməsi AYNA-nın səlahiyyətinə aid olmasa da, marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib. Sözügedən marşrutun sürücü barədə daşıyıcıya müvafiq tədbirin görülməsi tapşırılıb.
Ətraflı videomaterialda.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












