Bakıda ödəmə terminalları niyə tapılmır? - CAVAB

Bakının bəzi ərazilərində “BakıKart” ödəmə terminalı yerləşdirilməyib. İnsanlar dayanacaqlarda kartların balansını artıra bilmirlər. "BakıKart" ödəmə terminalının olmadığı həmin ərazilərin yaxınlığında isə metro stansiyaları da yoxdur.
Maraqlıdır, paytaxtın bəzi ərazilərində “BakıKart'' terminalının olmamasının əsas səbəbi nədir?
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, 2021-ci ilin sentyabrdan başlayaraq sərnişinlərin ''BakıKart''ın balansını daha rahat artıra bilməsi üçün müasir texnologiyalara əsaslanan yeni əlavə imkanlar yaradılıb.
Onun sözlərinə görə, əvvəllər sərnişinlərin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 “MilliÖn” və 50 ədəd ''BakıKart'' terminalı mövcud idi:
“Tətbiq edilən yenilik sayəsində hazırda bütün “MilliÖn” terminalları “BakıKart” ödənişlərini qəbul edir. Birdən-birə sərnişinlərimizin ödəniş etmə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb, genişlənib.
Sərnişinlər ''MilliÖn'' terminalları vasitəsilə etdikləri digər ödənişlər kimi “BakıKart” balansını da artıa bilərlər. Nəzərə alsaq ki Bakı şəhərinin inzibati ərazisində 1400 ədəddən çox ''MilliÖn'' var bu artıq sərnişinlərimiz üçün çox böyük rahatlıq deməkdir. Ona görə bir daha sərnişinlərimizə müraciət edərək bildirmək istərdim ki, “BakıKart”ın balansını artırmaq üçün hər hansısa avtobus dayanacaq məntəqəsində aparat axtarmağa zərurət yoxdur. Bütün digər ödənişlər kimi bunu marketlərdə, iaşə obyektlərində olan ''MilliÖn'' terminalları ilə edə bilərlər”.
lent.az
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












