Bakıda polis əməkdaşı icarəyə götürdüyü avtomobilləri SATDI

Bakıda polis əmakdaşı tanışı ilə birlikdə şirkətlərdən icarəyə götürdüyü maşınları sataraq dələduzluq yolu ilə qazanc əldə edib.
Avtosfer.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Sahib Məmmədov (ad və soyad şərtidir) Qobustan RPŞ-nin əməkdaşı, 1986-cı il təvəllüdlü Şahin Hümbətovla (ad şərtidir) əlbir olaraq icarəyə götürdükləri avtomobilləri satıblar.
Onlar əvvəlcə 2019-cu ilin fevralında avtomobil icarəyə verilməsi xidməti ilə məşğul olan Əsgər Mahmudovun (ad və soyad şərtidir) etibarından sui-istifadə etməklə 15 min manat dəyərində “Kia Rio” markalı maşını icarəyə götürüblər.
Daha sonra Ş.Hümbətov mobil proqram vasitəsilə maşının dövlət qeydiyyat nişanını gizlədərək “Tap.az” saytında elan yerləşdirib. Ş.Hümbətov həmin elan əsasında zəng edən şəxsə polis əməkdaşı olduğunu bildirməklə inamını qazanıb. “Kia Rio” avtomobilini öz maşını kimi təqdim edərək 13 500 manata satmaqla bağlı razılığa gəlib. Şahin Hümbətov həmin gün alıcıdan 9690 manat pul alıb.
Polis əməkdaşı dostu ilə birlikdə bənzər dələduzluq əməlini həmin ilin mayında da törədib. Onlar “Avtorentacar" MMC-dən 24 min manat dəyərində “Hyundai İX 35” avtomobilini icarəyə götürüb satıblar.
Bu dəfə onlar avtomobilin qeydiyyat nömrəsini şəkillərdə gizlədərək elan saytına yerləşdiriblər. Ş.Hümbətov elan əsasında müştəri kimi onlara müraciət etmiş şəxslə görüşüb polis əməkdaşı olduğunu bildirib. Müştərinin inamını qazanaraq avtomobili öz əmlakı kimi təqdim edib və beh kimi 10 min manat alıb.
S.Məmmədov və Ş.Hümbətov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə S.Məmmədova 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Polis əməkdaşı Ş.Hümbətov 2 il 6 ay azadlıqdan məhrum edilib.
Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız hesab edərək, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO










