Bakıda qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar aşkarlanıb

“Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərlə mübarizəyə başlayıb”.
Bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
“Son zamanlar aparılan müşahidələr onu göstərir ki, xüsusilə Bakıətrafı kəndlərdən, metronun “Koroğlu” stansiyası istiqamətində, eləcə də Abşeron və Sumqayıtdan metronun "20 Yanvar" stansiyası istiqamətində sərinişindaşıma ilə məşğul olan mikroavtobusların fəaliyyətləri aşkarlanıb. Daha sonra dövlətin qanuni ictimai nəqliyyatına maneə yaradan və vətəndaşların təhlükəsiz nəqliyyat ehtiyaclarını ödəməyə qarşı yönəlmiş bu addımlarla mübarizə tədbirləri həyata keçirilib".
"Bir daha bu şəxslərə xəbərdarlıq edirik ki, dövlətin və vətəndaşın yol hərəkəti təhlükəsizliyi baxımından nəzərdə tutulan mənafeyinə xələl gətirən addımlara yol verilməsin. Belə addımlar atmaqla nəzərdə tutulmuş ictimai nəqliyyatın rentabelliyinə təsir etməklə həmin şəxslər süni şəkildə çətinlik yaradaraq işlərə mane yaratmasınlar.
Binə Atıcılıq Mərkəzi istiqamətində qanunsuz sərnişindaşıma ilə məşğul olan 3 mikroavtobus sürücüsü artıq xətdən uzaqlaşdırılıb və lazımi tədbirlər görülüb. Həmin mikroavtobuslar 169A marşrut xəttinə maneçilik yaradırdı”, - o vurğulayıb.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib












