Bakıda tıxac problemi necə həll edilməlidir? - MƏSLƏHƏT

Bakıda tıxac problemi yeni tədris ili başlayan kimi özünü daha açıq büruzə verməyə başladı. Tıxacların səbəbləri çox müxtəlifdir. Artan avtomobil sayı, bəzi yerlərdə yol infrastrukturunun çatışmazlığı, dar yollar nəticəsində yolların yükü də artır. Bu, tıxacların yaranmasına səbəb olur.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Trend-ə bildirib ki, tıxacdan çıxış yolu ictimai nəqliyyatın inkişafıdır.
"Hazırda Bakı şəhərinə 2600 avtobus lazımdır. Lakin xətdə 2200 avtobus var. Bu da çox böyük fərq deməkdir. İctimai nəqliyyatın inkişafı dedikdə yalnız avtobus zolaqlarını nəzərdə tutmamalıyıq. Metrostansiyaların sayı artırılmalıdır. Stansiyaların tikintisi sürətləndirilməlidir. Daha sonra velosiped zolaqları, skuterlər üçün şərait yaradılmasıdır", - o bildirib.
Nəqliyyat məsələləri üzrə ekspert Nicat Əliyev bildirib ki, Bakıda tıxac problemini azaltmaq üçün müxtəlif tədbirlər görülür, məsələn, yeni yolların tikilməsi, park yerlərinin artırılması, ictimai nəqliyyatın inkişaf etdirilməsi və s.
"Lakin bu məsələ hələ də şəhərin inkişafında önəmli bir problem olaraq qalır. İctimai nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni marşrutların əlavə edilməsi, avtobusların və metro qatarlarının sayının artırılması ictimai nəqliyyatı daha cəlbedici və əlverişli edə bilər. Şəhərin mərkəzində park yerlərinin artırılması, avtomobillərin qeyri-qanuni park edilməsinin qarşısını almaq üçün daha sərt qaydalar və cəzalar tətbiq edilməsi, həmçinin, parketmə sisteminin yaxşılaşdırılması tıxacları azalda bilər. Paytaxtda yeni yolların tikilməsi, mövcud yolların genişləndirilməsi, və ya daha effektiv yol işarələrinin və trafik idarəetmə sistemlərinin tətbiqi tıxacların qarşısını almağa kömək edə bilər. Bəzi sürücülər avtomobillərini düzgün park etmirlər, bu da tıxaca səbəb olan səbəblərdəndir. Lakin son dövrlər paytaxtda təşkil edilən park yerləri üçün ödəmə sistemlərinin optimallaşdırılması sürücülərin parketmə davranışını dəyişdirə bilər. Bu tədbirlərin tətbiqi bir neçə mərhələdə və koordinasiyalı şəkildə həyata keçirilməlidir ki, maksimal nəticə əldə edilsin", - o deyib.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










