Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO

Bakıda küçəni zibilləyən Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları işdən çıxarılıb.
Avtosfer.az-ın “Yeni Sabah”a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 2, bina 3 və 4-ün qarşısında baş verib.
Belə ki, 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinin yaşlı təmizlik işçisi küləkli havada ərazidə təmizlik işləri görüb. Onun işinə isə adıçəkilən qurumun iki gənc əməkdaşı nəzarət edib. Həmin şəxslər bir-biri ilə söhbət edə-edə günəbaxan tumu çırtlayaraq qabığını yerə töküblər. Sonra isə həmin zibillləri də yaşlı qadınlara süpürtdüblər.
Ərazidə yaşyan şəxslər bütün bu prosesi videoya çəkiblər. Həmin görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, sözügedən şəxslər 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları Elbrus Bəkdəmirov və Vasif Ağayevdir. Onlar 4-5 ay əvvəl işə qəbul olunublarmış.
Hadisə ictimailəşəndən dərhal sonra Elbrus Bəkdəmirov və Vasif Ağayev işdən azad edilib.
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB












